Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Krımda strateji əhəmiyyətli obyektə zərbə endirdiklərini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat XƏQ-in "Threads" sosial şəbəkəsindəki rəsmi kanalında yer alıb.
"Şimali Krım kanalı üzərindən keçən dəmir yolu körpüsü artıq mövcud deyil", – deyə rəsmi açıqlamada bildirilir.
Hadisə ilə bağlı Rusiya tərəfindən hələlik rəsmi bir açıqlama verilməyib. Qeyd edək ki, sözügedən körpü bölgədəki logistika və təchizat xətləri üçün böyük əhəmiyyət kəsb edirdi.
Əli Səfərli,
NOCOMMENT.az











