İran: "Bölgədə kollektiv təhlükəsizlik üçün dialoqa hazırıq"

İran: "Bölgədə kollektiv təhlükəsizlik üçün dialoqa hazırıq"

İran Xarici İşlər Nazirliyi regional təhlükəsizliyin təmin olunması istiqamətində yeni çağırışla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə bütün qonşu ölkələrlə dialoqa hazır olduqlarını bəyan edib.

Bəqayi vurğulayıb ki, Tehranın mövqeyi dəyişməzdir: region ölkələrinin təhlükəsizliyi məhz regional əməkdaşlıq və daxili mexanizmlər çərçivəsində təmin edilməlidir. Onun sözlərinə görə, qonşu dövlətlər qarşılıqlı etimad və anlaşmaya əsaslanan təhlükəsizlik formatları formalaşdırmalıdırlar.

"İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir", – deyə nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, Tehran bu bəyanatı ilə regionda xarici aktorların mövcudluğuna qarşı olduğunu bir daha nümayiş etdirərək, regional problemlərin yalnız bölgə ölkələri arasında həllini təşviq etdiyini mesajını verir.

Əli Səfərli,
NOCOMMENT.az