Ukrayna Rusiyaya zərbələr endirdi - VİDEO

Ukrayna Rusiyaya zərbələr endirdi - VİDEO

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yerləşən hərbi obyektlərə hücum edib. Bu əməliyyat Ukrayna Silahlı Qüvvələrinin Rusiya daxilindəki strateji nöqtələrə zərbə endirmək strategiyasının davamı kimi qiymətləndirilir.

NOCOMMENT.az xəbər verir ki, daxil olan ilkin məlumatlara görə, hücum zamanı ilk pilotsuz uçuş aparatı Qroznı şəhərində dislokasiya olunmuş 42-ci qvardiya motoatıcı diviziyasının hərbi hissə ərazisinə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisə yerində partlayış səsləri eşidilib və hərbi infrastrukturun bir hissəsinə zərər dəyib.

Həmçinin bildirilir ki, digər bir PUA Federal Təhlükəsizlik Xidmətinin (FTX) Çeçenistan üzrə idarəsinin yaxınlığına düşsə də, əsas hədəfə tam çata bilməyib. Rusiya tərəfi hələlik Qroznıdakı dağıntıların miqyası və mümkün itkilər barədə geniş rəsmi açıqlama verməyib. Qeyd edək ki, bu, Ukrayna müharibəsi başlayandan bəri Qroznı şəhərinə endirilən nadir birbaşa zərbələrdən biri hesab olunur.

Sara,
NOCOMMENT.az