Ukrayna və Avropanın ərazi mübadiləsi ilə bağlı mövqeyi

Ukrayna və Avropanın ərazi mübadiləsi ilə bağlı mövqeyi

Ukraynadakı münaqişənin həlli üçün Avropa liderləri ilə Kiyev arasında alternativ plan Rusiya ilə ərazi mübadiləsinə dair müzakirələrin yalnız atəşkəsdən sonra mümkün olduğunu göstərir.

NOCOMMENT.az bildirir ki, bu barədə “Bloomberg” xəbər verir.

“Ukrayna və onun avropalı müttəfiqləri təkid edəcəklər ki, Rusiya ilə istənilən ərazi mübadiləsi üzrə danışıqlar yalnız hazırkı təmas xətti boyunca müharibə başa çatdıqdan sonra aparıla bilər”, – məqalədə deyilir.

Qeyd olunur ki, ABŞ Kiyevə Şimali Atlantika Müqaviləsindəki kollektiv müdafiə bəndinə bənzər təhlükəsizlik təminatları verməlidir. Plan bu gün Cenevrədə ABŞ nümayəndələrinə təqdim olunacaq. Alternativ təklif isə hələlik Rusiyanın nəzarətində olmayan ərazilərin verilməsindən imtina etməyi tələb edir.

Daha əvvəl bildirilmişdi ki, Ukraynadakı münaqişənin həlli üzrə Avropa planına Ukrayna ordusunun sayının 600 min əsgərlə məhdudlaşdırılması daxil deyil. Avropalılar hesab edirlər ki, ABŞ-ın planı Ukraynanı uzun müddətdir qəbuledilməz hesab edilən güzəştlərə getməyə məcbur edir.