Ukraynadan Moskvaya kütləvi hücum

Ukraynadan Moskvaya kütləvi hücum

Ukrayna tərəfindən Rusiya paytaxtı Moskva istiqamətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. Onun sözlərinə görə, şəhərə yaxınlaşan 62 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Sobyanin qeyd edib ki, son sutka ərzində Moskva regionu istiqamətində 200-dən çox dron uçuşu qeydə alınıb. Merin açıqlamasına görə, dronların böyük əksəriyyəti paytaxt regionuna çatmamış zərərsizləşdirilib.