Nəzakət Teymurovadan ad günü paylaşımı: “Ən qiymətli hədiyyəm...“

Nəzakət Teymurovadan ad günü paylaşımı: “Ən qiymətli hədiyyəm...“

Nəzakət Teymurova ad günü paylaşımı edib.

NOCOMMENT.az xəbər verir ki, Xalq artisti həyatına, sənətinə və bu günə qədər ona dəstək olan hər kəsə görə Allaha şükür edib.

O yazıb: "Mənə göstərdiyiniz sevgi, hörmət və xoş arzularınız ən qiymətli hədiyyəmdir. Hər birinizə ürəkdən təşəkkür edirəm. Qoy qarşıdakı illər də musiqi, sevgi və xeyir-dualarla dolu olsun".

Xalq artistinin qızı Nigar Teymurova da anası ilə fotosunu paylaşıb:

"Ad günün mübarək, mənim günəşim. Sən mənim hər şeyimsən. Yaxşı ki, varımsan. Ən yaxın dostum, ən böyük dəstəyim, qürur mələyim. Bütün uğurlarımın səbəbi sənsən"./yenisabah/