Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ölkəsinin sülh danışıqları çərçivəsində mövqeyini açıqlayaraq, Ukraynanın danışıqlarda qəbul etmədiyi əsas prinsipləri müəyyən edib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna torpaqlarının Rusiyaya hüquqi tanınması mümkün deyil, müdafiə qüvvələrinə hər hansı məhdudiyyət qoyula bilməz, gələcək alyansları seçmək hüququna veto tətbiq oluna bilməz.
Eyni zamanda, Ukrayna ilə bağlı heç nə Ukrayna olmadan, Avropa ilə bağlı heç nə Avropa olmadan qərara alına bilməz və ölkə heç vaxt öz dilindən, dinindən və milli kimliyindən imtina etməyəcək.
Stefançuk vurğulayıb ki, bu prinsiplər Ukraynanın suverenliyi və təhlükəsizliyi üçün prioritetdir və danışıqlarda dəyişdirilməz hesab olunur.












