Ukraynaya dəhşətli hücum - Ölənlər və yaralananlar var

Ukraynaya dəhşətli hücum - Ölənlər və yaralananlar var

Ukraynanın dörd vilayətinə təşkil edilən gecə hücumları nəticəsində 4 nəfər həlak olub, 34 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Kiyev vilayətində üç nəfər yaralanıb; Brovarıda 34 yaşlı qadın və 37 yaşlı kişi, Vışqorod rayonunda isə 1971-ci il təvəllüdlü bir nəfər xəsarət alıb. Hücumlar nəticəsində çoxmənzilli bina, bir neçə fərdi ev, yanacaqdoldurma məntəqəsi və müəssisə ərazisinə ciddi ziyan dəyib, onlarla avtomobil sıradan çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Poltava vilayətində həyata keçirilən kombinə edilmiş hücum nəticəsində 4 nəfər həlak olub, daha 31 nəfər yaralanıb. Həlak olanlar arasında iki xilasedici də var; onlar yanğını söndürməyə gələrkən təkrar zərbənin qurbanı olublar. Vilayətdə 3480 abonent qazsız qalıb, dəmir yolu infrastrukturu və sənaye müəssisəsi zədələnib. Çerniqov vilayətinin Qorodnyansk icmasında fərdi yaşayış binasının yanması nəticəsində iki kişi yaralanıb, həmçinin meşə təsərrüfatı ərazisinə zərbə endirilib. Zaporojyedə isə qeyri-yaşayış binasında yanğın baş verib və bir qadın xəsarət alıb.

Bizim Telegram səhifəsinə abunə olun