TƏCİLİ! İran açıqladı - Müharibə an məsələsidir

TƏCİLİ! İran açıqladı - Müharibə an məsələsidir

İranın xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazındakı mövcud vəziyyətlə bağlı son bəyanatı regionda hərbi ritorikanın nə dərəcədə kəskinləşdiyini növbəti dəfə nümayiş etdirir. Nazir "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda siyasi böhranın hərbi həll yolunun olmadığını vurğulayaraq, xüsusilə ABŞ və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) "bataqlığa çəkilməkdən" ehtiyat etməyə çağırıb. Pakistanın vasitəçilik səyləri fonunda verilən bu bəyanat, əslində ABŞ prezidenti Donald Trampın İranın Amerika gəmilərini təhdid edəcəyi təqdirdə "yer üzündən silinəcəyi" barədə xəbərdarlığına bir cavab xarakteri daşıyır. Vəziyyəti daha da gərginləşdirən amil isə İran mediasının ABŞ-ın İrana məxsus iki mülki gəmiyə zərbə endirməsi və nəticədə 5 mülki şəxsin həlak olması barədə yaydığı məlumatdır. Bu hadisələr fonunda qlobal enerji bazarları da dərhal reaksiya verib; belə ki, yüksək keyfiyyətli etalon sayılan "West Texas Intermediate" (WTI) markalı neftin qiyməti 100 dollar həddini keçərək 101,95 dollara yüksəlib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranan bu mənzərə sadəcə regional deyil, qlobal bir qarşıdurmanın anonsudur: "İranın mülki gəmilərinin hədəf alınması və rəsmi Tehranın buna sərt reaksiyası göstərir ki, tərəflər arasında diplomatik manevr imkanları daralır. Donald Trampın kəskin ritorikası ABŞ-ın bu dəfə Hörmüz boğazında hər hansı bir güzəştə getmək niyyətində olmadığını təsdiqləyir. Digər tərəfdən, İranın 'Azadlıq layihəsi'ni çıxılmaz nöqtə kimi xarakterizə etməsi, regiondakı ərəb ölkələrinə, xüsusən də BƏƏ-yə ünvanlanmış ciddi bir mesajdır. Tehran bununla demək istəyir ki, ABŞ-ın çətiri altına sığınmaq region ölkələri üçün təhlükəsizlik deyil, daha böyük fəlakətlər vəd edir".

Onun sözlərinə görə, hərbi gərginliyin iqtisadi nəticələri artıq neft birjalarında özünü büruzə verir və bu, hələ başlanğıcdır: "WTI markalı neftin qiymətinin 100 dolları aşması dünya iqtisadiyyatı üçün ciddi siqnaldır. Hörmüz boğazı dünya neft daşımalarının arteriyasıdır və burada baş verəcək hər hansı bir kiçik hərbi insident qiymətlərin proqnozlaşdırılamaz həddə çatmasına səbəb ola bilər. ABŞ-ın mülki hədəfləri vurduğu iddiası təsdiqini taparsa, İranın buna 'asimetrik cavab' vermə ehtimalı artır ki, bu da boğazın bağlanması və ya gəmiçilik üçün tamamilə təhlükəli hala gəlməsi deməkdir. Hazırda regionda sülh və hərb arasında çox nazik bir xətt qalıb və Pakistan kimi ölkələrin vasitəçilik missiyası bu böhranın yeganə çıxış yolu kimi görünür, lakin Trampın qətiyyəti bu missiyanı da sual altına qoyur".

Bizim Telegram səhifəsinə abunə olun