Vuçiç "taktiki manevr" edərək Baş nazir postuna keçə bilər

Vuçiç "taktiki manevr" edərək Baş nazir postuna keçə bilər

Serbiya Prezidenti Aleksandr Vuçiçin yaxın həftələrdə istefa verəcəyini və qarşıdan gələn parlament seçkilərində hakim "Serbiya Proqressiv Partiyası"ndan namizədliyini irəli sürəcəyini açıqlaması beynəlxalq mediada geniş müzakirə olunur.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri bu addımın arxasında dəqiq hesablanmış bir siyasi gedişin dayandığını və Vuçiçin məqsədinin Baş nazir postunu ələ keçirmək olduğunu bildirir.

Nəşr xatırladır ki, Serbiya konstitusiyasına görə, Vuçiçin prezident postunda üçüncü müddətə qalması mümkün deyil, lakin Baş nazir vəzifəsini tutmasına heç bir hüquqi əngəl yoxdur. O, 2014-2017-ci illər arasında artıq bu vəzifədə çalışıb. "Bild"in təhlilinə görə, Serbiyada Baş nazir vəzifəsi konstitusiyaya əsasən prezidentdən daha geniş icraedici səlahiyyətlərə malikdir. Bu manevrlə Vuçiç faktiki olaraq ölkənin idarəetmə rıçaqlarını öz əlində saxlamağa və siyasi nüfuzunu qorumağa çalışır.