"Qarabağ" futbol klubu Macarıstanın ZTE klubundan 24 yaşlı mərkəz müdafiəçisi Bence Varkonyini təxminən 1 milyon avroya heyətinə qatır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə belçikalı insayder Sacha Tavolieri məlumat yayıb.
Məlumata görə, Ağdam təmsilçisinin 24 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir./İdman.biz/












