İranın ali lideri Müctəba Xamenei İslamabad Memorandumunda əksini tapan əsas şərtləri və onların sənədin müvafiq bəndləri ilə uyğunluğunu ümumiləşdirən qısa icmalı ictimaiyyətə təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, Xameneinin açıqladığı şərtlər sırasına hərbi əməliyyatların tamamilə dayandırılması daxildir; bu, sənədin 1, 2, 3, 9 və 14-cü bəndlərinə uyğun olaraq, yekun razılaşma əldə olunduqdan sonra Livan cəbhəsi də daxil olmaqla bütün cəbhələrdə müharibənin başa çatdırılmasını nəzərdə tutur. Növbəti şərt İranın dəniz blokadasının ləğvidir ki, bu da 4-cü bəndə əsasən, 30 gün ərzində gəmiçiliyə mane olan hər cür təzyiqin aradan qaldırılmasını tələb edir. Hürmüz boğazı üzərində suverenliyin möhkəmləndirilməsi isə 5-ci bəndə uyğun olaraq, beynəlxalq hüquq çərçivəsində, Omanla razılaşma və Fars körfəzi ölkələri ilə dialoq yolu ilə idarəetmə qaydalarının müəyyən edilməsini əhatə edir.
İqtisadi bərpa və təzminat məsələsi 6-cı bəndlə tənzimlənir və buna görə ABŞ və regional tərəfdaşları tərəfindən 300 milyard dollar vəsaitin ayrılması, həmçinin investisiyaların cəlb edilməsi üçün sanksiyaların ləğvi nəzərdə tutulur. Sanksiyaların hərtərəfli şəkildə aradan qaldırılması 7 və 10-cu bəndlərə əsasən, BMT Təhlükəsizlik Şurası, MAQATE və ABŞ-nin birtərəfli məhdudiyyətlərinin ləğvi planını özündə ehtiva edir. Nüvə dosyesinin bağlanması 8 və 9-cu bəndlərə görə İranın uranın zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir. Nəhayət, dondurulmuş aktivlərə çıxış imkanı 11-ci bəndə uyğun olaraq, Mərkəzi Bankın İran İslam Respublikasına məxsus bütün vəsaitlərə tam nəzarəti bərpa etməsini əhatə edir.
Sara,
NOCOMMENT.az










