İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənubunda "İslami Cihad" təşkilatının komandiri Talal Caber Məhəmməd Əbdül Aalı məhv edib.
NOCOMMENT.az xəbər verir ki, SAXAL-ın yaydığı məlumata görə, ləğv edilən komandir oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumda iştirak edən döyüşçü qrupunun rəhbəri olub. Bundan əlavə, o, Qəzza zolağında davam edən müharibə dövründə girovların saxlanılmasında birbaşa iştirakına görə də məsuliyyət daşıyırmış. Əməliyyat İsrailin daxili təhlükəsizlik xidməti ŞABAK ilə birgə keçirilib. İsrail ordusu regiondakı hər hansı birbaşa təhdidi aradan qaldırmaq üçün əməliyyatların davam edəcəyini bəyan edib.
Sara,
NOCOMMENT.az










