İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.
NOCOMMENT.az xəbər ki, “Fox News” və “Reuters” yazır ki, bu müraciət ABŞ və İsrailin İran hədəflərinə qarşı başladığı “Operation Epic Fury” və “Lion’s Roar” əməliyyatları fonunda olacaq. Hücumların əsas hədəflərindən biri İran parlamenti və Xameneinin iqamətgahı olub.
Məlumata görə, İsrail ordusu Ali Liderin yaşadığı əraziyə bir neçə zərbə endirib. “Reuters” bildirir ki, Xamenei hücumlar başlamazdan əvvəl Tehrandan çıxarılıb və hazırda təhlükəsiz yerdədir.
Rəsmi mənbələr Prezident Məsud Pezeşkianın təhlükəsizlikdə olduğunu və dövlət idarəçiliyində problem olmadığını açıqlayıb. Tehranda bir sıra hərbi və hökumət obyektləri ətrafında dağıntılar var.












