Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədli vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyası rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirilir ki, qurumun rəhbərliyi və kollektivi Xanbala Əhmədlinin vəfatından dərin kədərləndiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.

Paylaşımda deyilir:

"Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbərliyi və kollektivi qurumun Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Xanbala Əhmədlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Allah rəhmət eləsin.

Sara,
NOCOMMENT.az