Matəm elan edildi - Bu ölkədə

Matəm elan edildi - Bu ölkədə

Kiyevdə matəm günü elan edilib: Vitali Kliçko 11 nəfərin ölümü ilə bağlı açıqlama yayıb

Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7-ni şəhər üçün matəm günü elan edib. Bu qərar bazar ertəsi gecə saatlarında Rusiya tərəfindən paytaxta endirilən kütləvi hava hücumu nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kiyev meri öz "Telegram" kanalında məlumat paylaşıb. Vitali Kliçko baş vermiş hücumu Kiyev tarixində ən genişmiqyaslı və dağıdıcı zərbələrdən biri kimi xarakterizə edib.

Xatırladaq ki, Kiyevin yaşayış massivlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə endirilən silsilə zərbələr ciddi dağıntılara səbəb olub. Rəsmi məlumatlara əsasən, hücum nəticəsində 11 nəfər dünyasını dəyişib, 50-yə yaxın sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda xilasetmə işləri davam etdirilir.

Əli Səfərli,
NOCOMMENT.az