Xamenei yoxa çıxdı: İran elitası çıxılmaz vəziyyətdə

Xamenei yoxa çıxdı: İran elitası çıxılmaz vəziyyətdə

İranın ali rəhbəri Ayətullah Əli Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması ölkə daxilində və beynəlxalq arenada ciddi suallar doğurub. "The Wall Street Journal"ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Xamenei fevral ayının sonundan — ABŞ və İsrailin birgə həyata keçirdiyi ehtimal edilən hava zərbəsindən bəri görünmür.

NOCOMMENT.az xəbər verir ki, iddialara görə, ali rəhbər həmin hücum zamanı ağır yaralanıb. Onun yoxluğu İran siyasi elitasını ABŞ-la aparılan kritik danışıqlarda qərar vermək iqtidarından məhrum edib. Hazırda rəsmi Tehranın Vaşinqtona hansı güzəştlərə gedə biləcəyi məsələsi Xameneinin razılığı olmadan həllini tapa bilmir.

Mövcud qeyri-müəyyənlik fonunda ölkədəki "sərt xətt" tərəfdarları sosial şəbəkələrdə Xameneiyə çağırış edərək, onun ən azı səsli mesaj yaymasını tələb edirlər. Eyni zamanda, parlament spikeri Məhəmməd Baqer Qalibaf və digər mötədil siyasətçilər ABŞ-a qarşı yumşaq mövqe nümayiş etdirdikləri üçün kəskin tənqid atəşinə tutulurlar.