Yanmış avtomobildə 4 nəfərin meyiti tapıldı - Bu ölkədə

Yanmış avtomobildə 4 nəfərin meyiti tapıldı - Bu ölkədə

Ermənistanda İrəvan–Yerasx avtomobil yolunun Surenavan kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. İyunun 29-da səhər saat 04:50 radələrində "Nissan Rogue" markalı avtomobildə baş vermiş yanğın nəticəsində avtomobildə olan 4 nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Xidmətinin yanğınsöndürən-xilasedici qrupları yanğını söndürdükdən sonra avtomobilin salonunda ilkin olaraq üç nəfərin yarıyanmış meyitini aşkarlayıblar.

Hadisə yerində aparılan əlavə araşdırmalar zamanı bir neçə saat sonra dördüncü şəxsin də cəsədi tapılıb.

Hadisə ilə bağlı artıq cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları yanğının dəqiq səbəblərini və həlak olan şəxslərin kimliklərini müəyyənləşdirmək istiqamətində istintaq tədbirlərini davam etdirir. İlkin ehtimallara görə, avtomobilin qəfil alışması və yanğın zamanı sərnişinlərin çıxış qapılarının sıxılması nəticəsində tələfatın qarşısını almaq mümkün olmayıb.