Bakıda qadın ütü ilə döyüldü — Telefonda danışdığın kim idi?

Bakıda qadın ütü ilə döyüldü — Telefonda danışdığın kim idi?

Bakının Qaradağ rayonunda 30 yaşlı kişi həyat yoldaşına şiddət göstərib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Cəlilabad rayon sakini Camal həyat yoldaşı Səmayə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış ailә mәişәt münasibәtlәri zәminindә baş vermiş mübahisә zamanı әl zәrbәlәri ilә hәyat yoldaşının bədəninin müxtәlif nahiyәlәrinә, masanın üzәrindәn götürdüyü ütü ilә isә baş nahiyәsinә vurub.

Faktla bağlı Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onlar 2008-ci ildә rәsmi olaraq ailә hәyatı qurub vә birgә nigahdan iki övladları olub:

“Evlәndiyimiz ilk vaxtlar münasibәtlәrimiz normal olsa da, sonradan pozuldu. Xasiyyәtlәrimiz uyğun gәlmәdiyi üçün yola gedә bilmәdik. Bunun sәbәbi isә Səmayənin son vaxtlar məndən gizli şәkildә mobil telefonla danışması olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 12:00-da yaşadıqları mənzildə olan zaman Səmayənin qonaq otağında kiminlәsә mobil telefonla danışdığını görüb və ondan kiminlә danışdığını soruşub:

“Lakin Səmayə cavab vermәdi. Hәmin vaxt içkili vәziyyәtdә olduğum üçün әsәbi idim. Səmayənin kiminlә danışdığını öyrәnmәk üçün telefonu istәsәm dә, vermәkdәn imtina etdi. Bu sәbәbdәn aramızda mübahisә yarandı. Mübahisә zamanı әl zәrbәlәri ilә Səmayənin sifәt vә qol nahiyәlәrinә, daha sonra isә masanın üzәrindә olan ütünü götürərək bir dәfә başına vurdum. Bundan sonra evdәn getdim”.

İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, həyat yoldaşı Camal içki aludәçisi olub vә son vaxtlar tez-tez spirtli içki qәbul edib, onunla heç bir sәbәb olmadan mübahisә edib:

“Sonuncu dәfә məlum hadisə günü yaşadığımız mәnzilin qonaq otağında özümә mәxsus mobil telefonla danışan zaman Camal yanıma gәldi, kiminlә danışdığımı soruşdu. Mən cavabımda qohumum ilә danışdığımı bildirmәyimə baxmayaraq, inanmadı vә telefonuma baxmaq üçün istәdi. Mən telefonumu ona vermәdim. Bu sәbәbdәn mübahisә yarandı. Mübahisәnin yaranmasının әsas sәbәbi Camalın mütәmadi olaraq spirtli içki qәbul etmәsi vә tez-tez ailәdә mübahisә yaratması olub. Mübahisә zamanı Camal öncә әli ilә sifәtimә vә bәdәnimin müxtәlif nahiyәlәrinә zәrbәlәr yetirdi. Daha sonra isә masanın üzәrindә olan ütü ilә başımdan vurdu. Aldığım zәrbәyә görә başımdan xәsarәt aldım. Camal evdәn çıxandan sonra baş vermiş hadisә barәdә Daxili İşlər Nazirliyinin 102 xidmәtinә zәng vuraraq mәlumat verdim”.

Zərərçəkmiş şəxs deyib ki, hadisәdәn sonra onun psixologiyası pozulub, onun başına ütü vurması nәticәsindә başındakı tikişlәr hәlә dә sağalmayıb.

Bundan əlavə zәrәrçәkmiş mәhkәmәyә әrizә tәqdim edib. O, Camal ilә barışdığını, himayәlәrindә övladlarının olduğunu, ondan şikayәt vә tәlәbinin olmadığını qeyd edib:.

Mən Camal ilə öz müstәqil iradәm ilә barışmışam. Heç kәs məni onunla barışmağa mәcbur etmәyib. Uşaqlarımız olduğundan Camalın tutulmasını istәmirəm. Sadәcә olaraq onun məndən uzaq olmasını istәyirəm”.

Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddәsinә әsasәn təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayәt mәsuliyyәtindәn azad edilib.\\demokrat.az