“Hazırda ölkə mediada böyük səs-küy və siyasi təzyiq altındadır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planı ilə bağlı danışarkən bildirib.
“Biz kritik məqamdayıq”, – deyə Zelenski vurğulayıb.
O, əlavə edib ki, Ukrayna bu çətin mərhələdə tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirir.
Prezident qeyd edib ki, əməkdaşlıq əsasən ABŞ ilə aparılır və məqsəd kompromislər tapmaqdır ki, bu, Ukraynanın mövqeyini gücləndirsin, zəiflətməsin. O, həmçinin diqqət çəkib ki, “agressiyanı nəzərə almadan, sanki hər şey öz-özünə həll olunub” kimi davranmaq olduqca təhlükəlidir və Ukrayna bu riskləri izah etməyə, beynəlxalq ictimaiyyəti məlumatlandırmağa davam edəcək.
Ukrayna lideri vurğulayıb ki, sülh planı ilə bağlı işlər davam edir və Ukrayna tərəfi strateji maraqlarını qoruyaraq bütün tərəfdaşlarla konstruktiv dialoqun saxlanmasına sadiqdir.












