Ukrayna nümayəndələri ABŞ-yə yol düşdü – Kritik görüş olacaq

Ukrayna nümayəndələri ABŞ-yə yol düşdü – Kritik görüş olacaq

Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün bu ölkəyə yola düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə UNIAN xəbər yayıb.

Danışıqlarda nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək.

Prezident Volodimir Zelenski tərəfindən imzalanan sərəncama əsasən, Umerov yeni nümayəndə heyətinin rəhbəri kimi təsdiqlənib.

O, ABŞ ilə, eləcə də digər beynəlxalq tərəfdaşlarla danışıqlarda iştirak edəcək.