Dünyada ikinci Çernobıl fəlakəti yaşana bilərmi? – AÇIQLAMAbackend

Dünyada ikinci Çernobıl fəlakəti yaşana bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Çernobıl Atom Elektrik Stansiyasının elektrik enerjisi tamamilə kəsilib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə açıqlama verib. Nazir bildirib ki, Rusiya ordusunun nəzarətə götürdüyü Çernobıl AES və oradakı bütün nüvə obyektlərini qidalandıran yeganə elektrik şəbəkəsi zədələnib. Bəs, dünyada ikinci Çernobıl fəlakəti yaşana bilərmi?

NOCOMMENT.az xəbər verir ki, sualları cavablandıran hərbi analitik, “M5 Müdafiə və Strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev Demokrat.az-a açıqlamasında deyib ki, əgər Çernobılda radiasiya sızarsa, bu təkcə Ukrayna üçün deyil, Avrasiyada olan bir sıra dövlətlər üçün təhlükəlidir. Hərbi analitik Rusiyanın bu məsələdə həssas və diqqətli olacağını düşünür:

“Bundan bir neçə gün əvvəl Rusiyanın nüvə təhdidi ilə bütün dünyaya səslənməsi və arxasından da sızma ehtimalının dilə gətirilməsi hesab edirəm ki, həm də Qərbin adekvat cavabı olaraq da qiymətləndirilə bilər”.

Azvison.az saytının baş redaktoru Vüsal Məmmədov isə bildirdi ki, istənilən nüvə fəlakəti ağır faciədir:

“Bunu heç kim istəməz. MAQATE də hələ ki AES-lərlə bağlı ciddi narahatlığın olmadığını bildirib. Olarsa, ilk növbədə MAQATE ekspertlərinin ora getmələrini təmin etmək lazımdır. Düşünürəm ki, yəqin ki, belə  edəcəklər”.