Dünyanı ağır günlər gözləyir – BVF-nin direktorubackend

Dünyanı ağır günlər gözləyir – BVF-nin direktoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023 dünya iqtisadiyyatı üçün çətin il olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva deyib.

BVF-nin 2023-cü ildə tənəzzüllə bağlı gözləntilərinə gəldikdə Georgieva deyib ki, dünya iqtisadiyyatının çox hissəsi üçün bu, geridə qoyduğumuz ildən daha çətin bir il olacaq:

“Buna səbəb ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük iqtisadiyyatın yavaşlamasıdır. ABŞ-da əmək bazarı kifayət qədər güclüdür, ona görə ABŞ iqtisadiyyatı tənəzzüldən yaxşı çıxa biləcək”.

Georgieva Aİ-nin Ukraynadakı müharibədən ciddi şəkildə təsirləndiyini bildirib və Aİ ölkələrinin yarısının bu il resessiyaya girəcəyi ilə bağlı proqnozunu bölüşüb.

Bu ilin də Çin iqtisadiyyatı üçün çətin olacağını qeyd edən Georgieva, ehtimla edib ki, Çin bu il iqtisadi baxımdan daha da yavaşlayacaq.

Georgieva yüksək faiz dərəcələri və inkişaf etməkdə olan iqtisadiyyatlara nəzər saldıqda dolların bahalaşması səbəbindən vəziyyətin daha da ağır olduğunu bildirib: “Biz dünya iqtisadiyyatının üçdə birinin tənəzzülə uğrayacağını gözləyirik”.

Georgieva, Çində qısa müddətdə artan Covid-19 hadisələrinin dünya iqtisadiyyatı üçün pis xəbər olduğunu xüsusilə vurğulayıb.
Teleqraf