Əcnəbilərin azad edilmiş ərazilərə turist səfərlərinə icazə verildibackend

Əcnəbilərin azad edilmiş ərazilərə turist səfərlərinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcək.