Əfqanıstanda öldürülən Taliban rəsmisinin dəfn mərasimində partlayış: 11 ölübackend

Əfqanıstanda öldürülən Taliban rəsmisinin dəfn mərasimində partlayış: 11 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Bədəxşan əyalətində iki gün əvvəl törədilən bombalı hücum nəticəsində həyatını itirən Bədəxşan valisinin müavini və qubernator müavini Mövləvi Nisar Əhməd Əhmədinin dəfn mərasimində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor verdiyi açıqlamada, ilkin məlumata görə, partlayış nəticəsində 11 nəfərin həyatını itirdiyini, 30-dan çox insanın isə yaralandığını bildirib.

Bədəxşan əyalətinin mədəniyyət və informasiya direktoru Məzuddin Əhmədi ölənlər arasında Bağlan vilayətinin keçmiş polis rəisi Səfiullah Samimin də olduğunu bildirib.

Hələlik hücumun kim tərəfindən təşkil edildiyi məlum deyil.

NOCOMMENT.AZ