Əfsanəvi sovet diktoru vəfat edibbackend

Əfsanəvi sovet diktoru vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur sovet və Rusiya diktoru İqor Kirillov bu gün 89 yaşında vəfat edib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Birinci kanal” məlumat yayıb.

Qeyd edək ki, İqor Kirillov 14 sentyabr 1932-ci ildə anadan olub, 1957-ci ildən televiziyada çalışıb. O, 20 ildən çox “Vremya” (Zaman) proqramının diktoru olub, bir çox verilişləri, o cümlədən Qızıl meydandan paradın translasiyasını aparıb.

İqor Kirillov 1988-ci ildə SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb.