Eks-nazirdən Məmmədyarova: Kimin necə işlədiyini hamı yaxşı bilirbackend

Eks-nazirdən Məmmədyarova: Kimin necə işlədiyini hamı yaxşı bilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb. Nazir vəzifədə olduğu zaman qohumlarının və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etdiyini etiraf edib.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub” – sabiq XİN başçısı fəaliyyəti dövründən söz açıb.

NOCOMMENT.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı E.Məmmədyarovun sələfi, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrini öyrənib.

T.Zülfüqarov Məmmədyarovun fəaliyyətinə qiymət vermək niyyətində olmadığını söyləyib.

“Həmkarım barədə hansısa fikirləri ictimai şəkildə deməyim düzgün deyil. Amma belə söhbətləri ciddi saymıram. Kim necə işləyib, hər kəs yaxşı bilir. Bunu ictimailəşdirməyə ehtiyac yoxdur”,- deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Tofiq Zülfüqarov 1998-1999-cu illər ərzində XİN başçısı vəzifəsində çalışıb. Elmar Məmmədyarov isə 2004-2020-ci illərdə, 16 il müddətində nazirliyə rəhbərlik edib.

Sabiq XİN başçısının işdən çıxarılmasına səbəb kimi onun müharibə vaxtı evdən işləməsi göstərilir.

Prezident İlham Əliyevin 2020 iyulun 16-da imzaladığı sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

Modern.az