Ekvadorda bütün girovlar azad edilibbackend

Ekvadorda bütün girovlar azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda cinayətkar dəstələrin üzvlərinin girov saxladığı bütün həbsxana əməkdaşları azad edilib, daha bir məhbus isə girovluqdan qaça bilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bundan əvvəl 24 həbsxana nəzarətçisi və 17 inzibati vəzifəsi olan şəxsin azadlığa buraxıldığı, 133 həbsxana nəzarətçisi və 3 inzibati vəzifəli şəxsin məhbusların girovluğunda qaldığı açıqlanmışdı.

Qeyd edək ki, həbsxanalarda zorakılığın başlaması fonunda Ekvador Prezidenti Daniel Noboa 60 günlük fövqəladə vəziyyət elan edib. Bundan sonra bir neçə silahlı hücum olub, ən azı 4 polis oğurlanıb. Həftənin əvvəlində silahlı şəxslər Dövlət Televiziyasına soxularaq bir neçə jurnalisti girov götürüblər.

İndiyə qədər baş verən zorakılıq halları nəticəsində ən azı 19 nəfər ölüb.