Əli Baqiri “Hizbullah” lideri ilə GÖRÜŞÜBbackend

Əli Baqiri “Hizbullah” lideri ilə GÖRÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni “Hizbullah” lideri Həsən Nəsrullahla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüş Əli Baqirinin Livana səfəri çərçivəsində baş tutub.

Tərəflər bölgədəki hadisələri və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu Əli Baqirinin yeni vəzifəsində Livana ilk səfəridir.O, Beyrutda Müqavimət qruplarının liderləri ilə görüşüb, İranın Fələstin və bölgədəki müqaviməti dəstəkləməyə davam edəcəyini vurğulayıb.Livandan sonra o regional səfəri çərçivəsində Suriyaya gedib.