Əliyevin etirazına Medvedyevin cavabı necə olacaq?backend

Əliyevin etirazına Medvedyevin cavabı necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedyevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiyanın üzvü və Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Milonov dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirərək erməni separatçılarla görüşüb”.

NOCOMMENT xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Dmitri Medvedyev partiya lideri kimi Vitali Milonova xəbərdarlıq etsə, deputat bu təxribatdan çəkinər: “Dmitri Medvedyev partiya lideri kimi bircə dəfə partiyasının üzvünə desə ki, “daha Qarabağa getmə, bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edir”, bu halda Viltali Milonov təxribatdan çəkinər, mandatını itirmək təhlükəsinə görə riskə getməz.

Yox, əgər Milonov növbəti dəfə də Qarabağa qanunsuz gələrsə, bu o demək olacaq ki, Dmitri Medvedyev Azərbaycan prezidentinin etiraz məktubuna etinasız yanaşıb. Seçim Medvedyevindir”.