Məşhur meyxanaçı Elşən Xəzər qızının “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, meyxanaçı bu barədə açıqlamasında yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirib.
“Mənim və övladımın adından yayılan xəbər yalandır. Həmin məhkəməyə bizim heç bir aidiyyətimiz yoxdu. Biz o insanların heç birini tanımırıq”, – deyə o əlavə edib./Qafqazinfo/










