Əminə Ərdoğan BMT-nin baş katibi Quterreşlə görüşdübackend

Əminə Ərdoğan BMT-nin baş katibi Quterreşlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan  BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin Nyu Yorkdakı binasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal da iştirak edib.

Görüşdə Sıfır Tullantı Layihəsi müzakirə olunub.

BMT-nin Baş katibi Quterreş deyib: “Sıfır Tullantı Layihəsi sadəcə ekoloji layihə deyil, dünyanı etik davranmağa çağırdığınız bir məsuliyyət aktıdır. İqlim dəyişikliyi ilə mübarizəyə verdiyiniz töhfə çox dəyərlidir, çox sağ olun”.

NOCOMMENT.AZ