Ən zərərli gigiyenik vərdişlərbackend

Ən zərərli gigiyenik vərdişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər gigiyenik vərdişləri təhlil edərək qərara gəliblər ki, bu vərdişlərin xeyrindən çox zərəri var.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər 3 ən zərərli gigiyenik vərdişləri açıqlayıblar.

Bunlardan birincisi tez-tez anti-bakteriyal istifadəsidir. Bir çoxları ictimai yerlərdə sabun olmadığı halda bu tip anti-bakteriyallardan istifadə edir. Ancaq spirt tərkibli bu maddənin dəriyə düşündüyümüzdən də zərərli olduğu məlum olub.

İkinci vərdiş isə yeməkdən dərhal sonra dişlərin fırçalanmasıdır. Bu vərdiş diş minasının məhvini sürətləndirməyə şərait yaradır.

Siyahının sonunda sərt süngər vəya skrablarla dərinin təmizlənməsi gəlir. Dərinin epiderm qatından ölü hüceyrələri təmizləmək üçün bu vərdişi həftədə iki dəfə təkrarlamağınız kifayyətdir.