Ərdoğanla Tramp arasında telefon danışığı olubbackend

Ərdoğanla Tramp arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığında həmçinin regionda baş verən hadisələr, Şərqi Aralıq dənizindəki böhran müzakirə edilib.

Söhbət əsnasında Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf olmadığını qeyd edib.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə göndərdiyi “Oruc Rəis” seysmik tədqiqat gəmisi üçün “Navteks” elan etməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanmışdı.