Erməni deputat vəzifəsindən istefa verəcəkbackend

Erməni deputat vəzifəsindən istefa verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin deputatı, hakim Vətəndaş Müqaviləsi Partiyasının fraksiya üzvü Eduard Ağacanyan parlamentdəki vəzifələrindən birindən istefa verəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzetinə etibarlı mənbələdən məlumat daxil olub.

Qəzetin yazdığına görə, parlamentin növbədənkənar iclası ərəfəsində hakim fraksiyanın iclası baş tutub və həmin iclasda Ağacanyan daimi komissiyanın sədri vəzifəsindən istefa vermək istədiyini bəyan edib.

Deputatın sözlərinə görə, həmkarları bu posta daha uyğun namizəd tapa bilərlər.

Qəzetin əməkdaşları Ağacanyanın özündən şərh ala bilməyiblər.