Erməni nazir: Ermənistanda həmişə türk kapitalı olubbackend

Erməni nazir: Ermənistanda həmişə türk kapitalı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda həmişə türk kapitalı olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu fevralın 3-də jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

O, misal kimi daşınmaz əmlakı göstərib.

Nazir daşınmaz əmlak bazrında türk kapitalı ilə bağlı konkret rəqəmləri öyrənmək üçün jurnalistləri müvafiq idarələrə yazılı sorğu göndərməyə çağırıb: “2021-ci il istisna olmaqla, Ermənistan iqtisadiyyatı həmişə Türkiyəyə açıq olub. Erməni tacirləri türkiyəli həmkarları ilə 10 il əvvəl ortaq olublar”.

Kerobyan izah edib ki, hazırda Türkiyə şirkətləri tərəfindən strateji əhəmiyyətli obyektlərin alınmasının qarşısını almaq üçün heç bir qanun layihəsi hazırlanmır.

“Bizim vəzifəmiz iqtisadiyyatı kiməsə bağlamaq deyil, onu gücləndirmək və rəqabət qabiliyyətini artırmaqdır. Biz bunu edirik və edəcəyik. Məsələn, avadanlığın alınması üçün kredit faizlərinin subsidiyalaşdırılması yolu ilə emal sənayesinə dəstək şəklində”, – deyə o bildirib.