Ermənistan parlamentində nazirlə deputat arasında mübahisə düşdübackend

Ermənistan parlamentində nazirlə deputat arasında mübahisə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində iqtisadiyyat naziri Vaan Kerobyanla hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, sahibkar Xaçatur Sukiasyan arasında büdcə dinləmələri zaman mübahisə yaranıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, deputat naziri konkret rəqəmlər, göstəricilər, müddətlər göstərməməkdə, habelə təşkilatların adlarını çəkməməkdə ittiham edib.

“Bütün suallarımıza cavab verirsiniz: “Biz bunu edəcəyik, biz bunu demişdik”. Mənə iqtisadiyyat nazirinin bu cür danışığı xoş gəlmir”, – deyə Sukiasyan bildirib

Vaan Kerobyan isə deputata tənqidə görə təşəkkür edib və bildirib ki, onun bütün çıxışı rəqəmlər üzərində qurulub. Və bu gün Ermənistanda iqtisadi fəallığın 14,1% artması faktı əsasən İqtisadiyyat Nazirliyinin xidməti hesab edilməlidir.

Bu irad birmənalı olaraq deputatın xoşuna gəlməyib və o qeyd edib ki, bu rəqəm daha çox nazirlikdən asılı olmayan səbəb və şəraitə görə əldə edilib. Sukiasyan əlavə edib ki, o, iqtisadi prosesləri və iqtisadiyyatın sektorlarını yaxşı bilir. Onu da bilir ki, Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsində hansı problemlər və nə qədər avtomobil yığılıb, nə qədər insan sərhədi vaxtında keçə bilmədiyi üçün milyonlarla pul itirir, məhsullar konteynerlərdə xarab olur.

“İnsanlar evlərini girov qoyublar, milyonlarla pul itirirlər, amma dövlət məmurları ilə əlaqə saxlaya bilmirlər. Mən inanıram ki, bir məmur Larsın yanında olmalıdır ki, insanlar bu milyonları itirməsinlər. Siz mənimlə iqtisadiyyatın 14%-ni danışırsınız. Biz hamımız yaxşı bilirik ki, bu, necə mümkün oldu, bunu özünüzə aid etməyin. Bu, biznesin sayəsindədir. İnsanlar nəticə əldə etmək üçün yorulmadan çalışırlar”, – deyə Sukiasyan yüksək səslə vurğulayıb.