Kerobyan: Ermənistan rus qazının haqqını rublla ödəyirbackend

Kerobyan: Ermənistan rus qazının haqqını rublla ödəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan artıq Rusiyadan aldığı təbii qaza görə ödənişləri rublla həyata keçirir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu RBK-ya açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

“Son bir neçə ödəniş rublla olub, amma müvafiq məzənnə ilə. Qiymətləndirmə dollarla aparılır, lakin ödəniş rublla həyata keçirilir”, – deyə o qeyd edib.

“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov isə bildirib ki, Ermənistana “mavi yanacaq” tədarükü üzrə bir neçə illik müqavilə var, sənəd qazın pulunu rublla ödəməyə imkan verir və bu imkandan istifadə olunur.

Martın 31-də Rusiya prezidenti Vladimir Putin “qeyri-dost” ölkələrdən olan alıcıların qaz tədarükünə görə ödəniş etməsi üçün yeni qayda müəyyən edən fərman imzalayıb.