Ermənilərə fransızlar kömək edibbackend

Ermənilərə fransızlar kömək edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin söylədiyi kimi, Qarabağda quldur dəstələrinin təmizlənməsi əməliyyatları sona qədər davam edəcək. Əgər orada bir neçə nəfər, yaxud bir dəstə silahı yerə qoymayıb meşələrdə gizlənibsə, onlar da mütləq tapılacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a politoloq Tofiq Abbasov bildirib.

O, Prezident İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında söylədiyi fikirlərə münasibət bildirib.

T. Abbasovun sözlərinə görə, separatçılar Qarabağda yeraltı bunkerlər inşa ediblər:

“Bu proseslərdə ermənilərə fransızlar kömək edirdi, çünki yeraltı bunkerləri tikməklə fransızlar kompüterləşmə problemini də həll ediblər. Ola bilsin ki, həmin obyektlərdə hələ də qalanlar var və hərbi qüvvələrimiz hələlik bu məkanları müəyyənləşdirməyib”.

Siyasi təhlilçi düşünür ki, əgər partizan üsullarına keçmiş separatçılar sona qədər müqavimət göstərmək istəyirlərsə, deməli, ruhi xəstədirlər:

“Onsuz da quldurların hamısının cavabı veriləcək və bu məsələdə ikinci bir yanaşma ola bilməz. Prezident İlham Əliyevin bu mövzuya dair açıqlaması son dərəcə aktualdır və beynəlxalq qüvvələrə, bir növ, cavabdır. Onlar Azərbaycanın qanuni hərəkətlərinə və legitim addımlarına hədyanlar yağdırır və bunu şübhə altına alaraq təftiş edir, ictimai fikri ermənilərin xeyrinə formalaşdırırlar”.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan vətəndaşlığı üçün müraciət edən ermənilər var:

“Onlar vaxtilə separatçı rejimin, quldur dəstəsinin qurbanları idi, artıq Azərbaycan onlara azadlıq verib. Bütün dünya bunu görür, amma özünü görməməzliyə vurub. Fikrimcə, bu proses sonuna qədər davam edəcək və silahı yerə qoymayan quldurların heç bir şansı yoxdur”.