Ermənistan kürd terrorçuları niyə Türkiyəyə verdi?backend

Ermənistan kürd terrorçuları niyə Türkiyəyə verdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın yaxaladığı milliyətcə kürd olan 2 terrorçunun (Atilla Çiçek və Hüseyin Yıldırım) Türkiyəyə təhvil verməsi barədə yayılan xəbər bu ölkədə birmənalı qarşılanmayıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, xaricdə yaşayan bəzi ermənilər, eləcə də erməni diasporu rəsmi İrəvanı bu addımına görə qınayıb. Müxalifət nümayəndələri də Paşinyan hökumətini Türkiyəyə yarınmaqda ittiham edib.

Ermənistan Ədliyyə Nazirliyi Atilla Çiçək və Hüseyn Yıldırımın Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Milli Təhlükəsizlik Xidmətinin bəyanatına əlavə olaraq bildiririk ki, Ədliyyə Nazirliyi məhkumları daha sonra cəza çəkmələri üçün vətəndaşı olduqları ölkələrə göndərmək səlahiyyətinə malikdir. Lakin sosial şəbəkələrdə yayılan məlumatların əksinə olaraq, nazirlik Atilla Çiçek və Hüseyn Yıldırımı Türkiyəyə köçürməyib”, – deyə məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Çiçek və Yıldırımın ekstradisiyası və ya köçürülməsi məsələsinə baxmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, rəsmi İrəvan Ermənistanla sərhədi keçən milliyyətcə kürd Atilla Çiçek və Hüseyn Yıldırımı Türkiyəyə ekstradisiya edib. Bildirilir ki, rəsmi İrəvan Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğu üçün bu addımı atıb.

Hüseyn Yıldırım və Atilla Çiçek 2021-ci il avqustun 16-da Araz çayı boyunca Ermənistan sərhədini keçərək silah və sursat (iki avtomat, bir tapança, 318 patron və 4 qumbara) aparmaqda ittiham olunublar.

Türkiyə mətbuatı Çiçek və Yıldırımın Türkiyə Milli İstihbarat Təşkilatının keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq artıq ölkəyə gətirildiyini yazıb.