Ermənistan ordunu ixtisar edir: Qarabağdan çıxarılacaq hərbçilər…backend

Ermənistan ordunu ixtisar edir: Qarabağdan çıxarılacaq hərbçilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi xidmət çağırışının müddəti azaldılır.

Bu barədə Ermənistan hökumətinin 2021-2026-cı il fəaliyyət planında qeyd olunur.

Plana görə, orduda hərbi çağırışçıların da sayı azaldılacaq, daha çox müqaviləli hərbi qulluqçulara üstünlük veriləcək.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistan ordusunda yeni reallıqlar yaranıb.

Birincisi, müddətli çağırışçılar müxtəlif yollardan istifadə edərək, orduda xidmətdən yayınır.

İkincisi, regionda kommunikasiyanın açılmasından sonra Ermənistanın çoxsaylı ordu saxlamasına ehtiyac qalmır.

Üçüncüsü, müharibəyə qədər Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında döyüşmək üçün ordu saxlayırdı, Azərbaycan torpaqlarını azad etdikdən sonra artıq çoxsaylı erməni ordusuna ehtiyac yoxdur.

Dördüncüsü, sərhədlərin böyük hissəsini Rusiya hərbçiləri tərəfindən qorunduğu üçün şəxsi heyətin sayını azaltmaq zərurəti yaranıb.

Məlumatlara görə, Ermənistan hökuməti Qarabağdan çıxarılacaq erməni qoşunların böyük qismini ehtiyata buraxacaq.

Asif Nərimanlı