Ermənistan parlamentində dava olubbackend

Ermənistan parlamentində dava olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dava iştirakçıları bir-birilərni küçə sözləri ilə təhqir ediblər.

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi Syune Qevorkyan jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib və davada Qraçya Akopyan, Vaaqn Aleksanyan və Sisak Qabrielyan iştirak ediblər.

Adları insidentdə hallanan millət vəkilləri isə hadisədən xəbərsiz olduqlarını və yalnız son anda hadisə yerinə gəldidklərini bildiriblər.