Ermənistan Türkiyə ilə danışıqlara hazır olduğunu açıqladıbackend

Ermənistan Türkiyə ilə danışıqlara hazır olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Türkiyə ilə münasibətləri tədricən normallaşdırmağa, həmçinin iki ölkə nümayəndələrinin görüşlərini ən yüksək səviyyədə təşkil etməyə hazırdır.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə deyib.

“Artıq bütün bölgədə sülhün qurulmasının zəruriliyindən bəhs etmişik. Bu kontekstdə Türkiyə ilə münasibətləri tənzimləməliyik, proses tədricən başlamalıdır. Əminik ki, bu əlaqələri həll etməyin yollarından biri görüşlərdir”, – deyə katib bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin əlavə edib ki, Türkiyə ilə münasibətlərin tənzimlənməsi zamanı qondarma respublikanın statusu məsələsi gündəmə gəlməyəcək.