Ermənistanda müxalifət liderindən gözlənilməz addımbackend

Ermənistanda müxalifət liderindən gözlənilməz addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deputat mandatından imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, bu addımı hökumətin fəaliyyətinə etiraz olaraq atdığını bildirib.

“Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı: mən bir neçə dəfə açıq şəkildə bəyan etmişəm ki, mən artıq özümü bu parlamentdə görmürəm. Səbəb aydındır: Ermənistan vətəndaşları bizə cari hakimiyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ veriblər. Lakin indiki parlament, fikrimcə, bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, – deyə Vanetsyan sosial şəbəkə hesabında bildirib.

Siyasətçinin qeyd etdiyi kimi, Vətən partiyasının şurası fəaliyyətini Ermənistan parlamentinin divarlarından kənarda davam etdirmək qərarına gəlib. Faktiki olaraq Vətən partiyası Ermənistan Respublika Partiyasının da daxil olduğu “Şərəfim var” blokuna üzvlüyünə de-yure və de-fakto xitam verir.

Vanetsyan müxalif fraksiyaların bütün deputatlarına əməkdaşlığa və keçdiyi yola görə təşəkkür edib.

Eyni zamanda o vurğulayıb ki, həmkarları parlamentdə qala bilər və onun qərarı heç bir halda onları mandatlarını atmağıa məcbur etmir.

Qeyd edək ki, A.Vanetsyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini işləyib. O, 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. Baş nazir Nikol Paşinyanın komandasının əsas üzvlərindən biri olub. Lakin 2019-cu il sentyabrın 16-da tutduğu vəzifədən istefa verib.