Ermənistanda Rusiya hərbçilərinə qarşı etirazlar RƏSMİ SƏVİYYƏDƏbackend

Ermənistanda Rusiya hərbçilərinə qarşı etirazlar RƏSMİ SƏVİYYƏDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyalı sərhədçilər İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanında xidmətini dayandırmalıdırlar”.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən belə bir müzakirədə iştirak etmədiyini, ancaq rusiyalı hərbçilərin oradan getməli olduqlarına inandığını bildirib.

“Biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma onların qoruyacaqlarına əmin deyiləm”, – deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl yerli mediada rusiyalı sərhədçilərin “Zvartnots”dan çıxarılacağı və bunun yaxın vaxtlarda baş verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.

Onu da qeyd edək ki, Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.