Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldibackend

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün səhər tezdən Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşən Geqarkunik vilayətinə (Göyçə mahalı) gəlib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Suren Papikyan Ermənistan ordusunun Geqarkunikdəki mövqelərinə baş çəkib, oradan Azərbaycan Silahlı Qüvvələrinin döyüş postlarını izləyib..

Nazirin yüksəkrütbəli hərbçilərlə görüşdüyü, onlarla bəzi hərbi məsələləri müzakirə etdiyi bildirilir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri son vaxtlar Kəlbəcəri hədəf seçərək, dövlət sərhədinin bu istiqamətində tez-tez təxribatlara cəhd edir, Azərbaycan Ordusnun mövqelərini atəşə tuturlar.