2026-cı il martın 30-da intensiv yağan yağışlardan sonra Culfa rayonunun Kırna kəndində fərdi yaşayış evi uçub.
NOCOMMENT.az xəbər verir ki, Nəimi Abdullayevə məxsus evdə hazırda da dəyərli əşyalar qalmaqdadır və ailə çarəsiz durumda olduğunu bildirib.
Zərərçəkən Ruhiyyə Həsənova Baku TV-yə açıqlamasında qeyd edib ki, hadisədən sonra aidiyyəti qurumlara müraciət edilsə də, onlara qalmaq üçün şəraitsiz ev verilib:
“Evdən yarım saat gec çıxsaydıq, nəvəmlə dağıntıların altında qalacaqdıq. Qızım zəng vurub xəbər verdi ki, evimiz uçub. Aidiyyəti qurumlara zəng vurdum. Gəlib baxış keçirdilər və dedilər ki, burada qala bilməzsiniz. İki gecə baldızımgildə qaldıq. Daha sonra şəraitsiz bir yerə köçürdülər. Ziyanımız çoxdur, qızımın cehizi də içəridə qalıb”.









