Eyfel qülləsində bomba xəbərdarlığıbackend

Eyfel qülləsində bomba xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə Eyfel qülləsi və ətrafı bomba təhlükəsi səbəbindən boşaldılıb. Bomba zərərsizləşdirmə mütəxəssisləri və təhlükəsizlik qüvvələrinin işləri davam edir.

NOCOMMENT xəbər verir ki, Parisin görməli yerlərindən biri olan Eyfel qülləsində bomba olduğu bildirilib.

Qüllənin üç mərtəbəsi və ətrafı ehtiyat tədbiri olaraq boşaldılıb.

Ərazi mühafizə olunub.

Səlahiyyətlilər Eyfel qülləsi ətrafındakı ərazidən uzaq durmağı xahiş edib.

Bomba zərərsizləşdirmə mütəxəssisləri və təhlükəsizlik qüvvələri bölgədə işlərini davam etdirir.