“Fənərbaxça” xorvatiyalı qapıçı Livakoviçlə razılaşdıbackend

“Fənərbaxça” xorvatiyalı qapıçı Livakoviçlə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fənərbaxça” klubu xorvatiyalı qapıçı Dominik Livakoviç və onun klubu Zaqreb “Dinamo”su ilə prinsipial razılıq əldə edilib.

NOCOMMENT.az xəbər verir ki, futbolçunun bu gün İstanbula gələcəyini açıqlayıb.

Sarı-göylər klubundan verilən açıqlamada, “Klubumuz peşəkar futbolçu Dominik Livakoviçin transferi ilə bağlı futbolçu və onun klubu “Dinamo Zaqreb”lə prinsipial razılığa gəlib. Futbolçu səhhətini yoxlamaq və gələcək transfer danışıqları üçün bu gün İstanbula gələcək”, – deyə bildirilib.

Karyerasına ölkəsinin “NK Zaqreb” komandasında başlayan xorvatiyalı qapıçı 2015-ci ildə Zaqreb “Dinamo”su ilə müqavilə imzalayıb. “Dinamo Zaqreb” karyerasında 290 matça çıxan 28 yaşlı qolkiper komandası ilə 6 liqa və 2 Xorvatiya kubokunun qalibi olub.

Livakoviç 45 dəfə çıxış etdiyi Xorvatiya Milli Komandası üçün 2018 FIFA Dünya Kubokunda ikinci, 2022 FIFA Dünya Kubokunda üçüncü olub.