Feysbukda deputatlarımız yaşayış yeri kimi Konqonu göstəriblər – SƏBƏB/FOTObackend

Feysbukda deputatlarımız yaşayış yeri kimi Konqonu göstəriblər – SƏBƏB/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Feysbukda Azərbaycandan olan istifadəçilərin əhəmiyyətli bir qisminin yaşayış yeri kimi Konqo Respublikası göstərilir.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, bu cür şəxslərin sayı minlərlədir.

Həmin şəxslər arasında bir sıra məşhur şəxslər, o cümlədən deputat, vəzifəli şəxs, habelə müxtəlif obyekt ünvanları, restoranlar və mağazalar da var.

Texnobloqer Fərid Pərdəşünas bildirib ki, problem insanların diqqətsizliyindən qaynaqlanıb: “Konqo Respublikasında Baku adlı yer olduğu üçün insanlar paytaxt Bakı şəhərinin adını ingiliscə Baku yazarkən bəzən Konqodakı Bakunı tanıyır. Daxil edərkən insanlar diqqət eləmir və Azərbaycanın Bakısı əvəzinə Konqonun Bakısı qeyd edilir. Facebook normalda olduğu yerə yaxın yer seçməlidir, lakin arada belə problemlər olur. Sadəcə insanlar diqqət etməlidir”.